19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində dünyaya göz açmışdır. Burada səkkizillik məktəbi bitirdikdən sonra təhsilini Ağdam şəhərindəki 50 saylı texniki-peşə məktəbində davam etdirmişdir. 1988-90-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. H.Rüstəmov hələ məktəbdə oxuyarkən polis sistemində işləmək arzusu ilə yaşayırdı. 1991-ci ildə Ağdam rayon Daxili İşlər Şöbəsinin post-patrul alayına qəbul edildi. Eldar ilk günlərdən bir polis çavuşu kimi torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, döyüş rəşadətləri göstərdi. Ancaq Hidayətin ömür yolu o qədər də uzun olmadı. 23 dekabr 1991-ci il... Erməni yaraqlılarının Meşəli kəndinə növbəti hücumu... Düşmən tez bir zamanda kəndi mühasirəyə aldı. Dinc əhalini xilas etmək üçün Ağdam rayon DİŞ-nin əməkdaşları döyüşə girdilər. Cəsur polis çavuşu H. Rüstəmov boş evlərin birində özünə mövqe seçdi. Qüvvələr qeyri-bərabər idi. Hidayət qorxu bilmədən, yaxınlaşan düşmənə gözlənilməz zərbələr endirirdi. Lakin erməni yaraqlılan onun qurduğu istehkamı yardılar. Quldurlar cəsur döyüşçünün təslim olmadığını görüb, evə od vurdular. O, son damla qanınadək vuruşdu və qəhrəmancasına həlak oldu. Subay idi. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov Hidayət Eldar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.