Şükür Nəriman oğlu Həmidov (Əlyanlı, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ)
— polkovnik, Azərbaycanın Milli Qəhrəmanı; Dördgünlük müharibənin iştirakçısı.
Şükür Həmidov 8-ci sinifə kimi Qubadlı rayonunun Başarat orta məktəbində
oxuyub. Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olub. Daha sonra isə Həzi
Aslanov adına Hərbi Məktəbi bitirib.
Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə
Şükür Nəriman oğlu Həmidov sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq
görülmüşdür.
10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov
cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub və Şükür Həmidovla görüşüb.
Aprel ayının əvvəlində Lələ təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı
göstərdiyi şücaətə görə polkovnik-leytenant Şükür Həmidova müdafiə nazirinin
əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub.
Milli qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. 2020-ci il oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışığı zamanı Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulayıb.