1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub. O, 2008-ci ildən Milli Ordunun Sərhəd Xidmətində qulluq edib, özünü nümunəvi əsgər kimi göstərib, 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, döyüşün ağır yerində sərhəd pozucularından biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atıb, cəsur əsgər dərhal özünü qumbaranın üzərinə atıb, həlak olub, amma öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas edib. 2009-cu il iyunun 29-da Milli Qəhrəman adı alıb. Samux rayonu Əhmədbəyli kəndində dəfn edilib.